BaşlıcaSiyasət

Azərbaycan tərəfindən irəli sürülən sözdə “Qərbi Azərbaycan” diskursu Ermənistanın ərazi bütövlüyünə təhdid hesab edilir

Ermənistan rəsmi orqanları Azərbaycandan gələn və sözdə “Qərbi Azərbaycan”a aid edilən bəyanatları Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirir.

Alınan məlumata görə, Ermənistan Parlamentində jurnalistlərlə sürətli müsahibədə bu məsələyə Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan toxunub.

 Nazir qeyd edib: “Bizim “Qərbi Azərbaycan” diskursu çərçivəsində eşitdiklərimiz birbaşa olaraq Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qəbul edilir”.

Ermənistanın Azərbaycanın əlavə tələblərini (xüsusilə də azərbaycanlıların sözdə “qayıdışı” və Ermənistan ərazisində yaşaması məsələsini) heç vaxt müzakirəyə qoyub-qoya bilməyəcəyi sualına cavab verən Ermənistan Xİ naziri bildirib:

“Bu tip sual iki ölkə arasındakı münasibətlərdə nə onlar tərəfindən, nə də bizim tərəfimizdən mövcuddur. Bu tip sual gündəmdə yoxdur və müzakirə olunmur”.

Daha çox göstər
Back to top button