
Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyanın qənaətincə, bu gün Ermənistan-Rusiya münasibətləri çox sağlamdır və tərəfdaşlığa əsaslanır.
Alınan məlumata görə, bu haqda: “Münasibətlərimiz və öhdəliklərimiz kağız üzərində müəyyən edilib, biz çalışırıq ki, bu öhdəliklər bir-birimizə qarşı tam yerinə yetirilsin, yəni mövcud sazişin tam şəkildə həyata keçirilməsinə çalışırıq” – deyə Mirzoyan qeyd edib.
Mirzoyan onu da vurğulayıb ki, mövcud sazişdən kənarda iki ölkə arasında, o cümlədən Aİİ çərçivəsində də çox sıx əlaqələr mövcuddur.
Burada Ermənistanın iştirakı olduqca faydalıdır.
“Bu, o demək deyil ki, hər şey dumansız və rəvandır, əlbəttə ki, yox. Problemlər var. Mühüm məsələlər var ki, Rusiya tərəfdaşları öz mövqeləri və hadisələrə dair anlayışı var, bunun nə üçün baş verdiyinə dair öz səbəbləri var.
Bizim üçünsə həqiqət tamam başqadır. Mövqelər hamıya bəllidir və biz bu fikir ayrılıqları ilə bir növ normal yaşayırıq. Biz onların günahını bəzi əməllərdə görürük, onlar da, bəlkə də, bəzi yerlərdə günahı bizdə görür..Biz əminik ki, bizik doğru”- deyərək Mirzoyan qeyd edib.
Xİ nazirinin sözlərinə görə, fikir ayrılığı olan məsələlər var, amma tərəflər arasında razılığın və normal əməkdaşlığın olduğu məsələlər dəkifayət qədərdir.
“Bunlar sağlam münasibətlərdir və məncə, istənilən münasibətlər belədir” – deyərək Ararat Mirzoyan bəyan edib.







