BaşlıcaEkonomika

Enerji sahəsində Ermənistan-İran əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib

Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın energetika naziri Abbas Əliabadi ilə görüşüb. Bu barədə Ermənistanın İrandakı səfirliyi məlumat yayıb.

Görüş zamanı enerji sahəsində Ermənistan-İran əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.

Hər iki tərəf birgə proqramların həyata keçirilməsinin vacibliyini, xüsusilə də cari il ərzində İran-Ermənistan üçüncü yüksək gərginlikli elektrik verilişi xəttinin tikintisinin başa çatdırılmasının vacibliyini vurğulayıblar.

Daha çox göstər
Back to top button