
ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) ABŞ hökumətini Azərbaycanı dini etiqad azadlığının ciddi pozuntularına yol verdiyinə və ya dözümlülüyünə görə xüsusi müşahidə siyahısında saxlamağa çağırıb.
Komissiya həmçinin Azərbaycanın dövlət qurumlarına, xüsusən də Daxili İşlər nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan məmurlara qarşı onların aktivlərinin dondurulması və ya ABŞ-a girişinin qadağan edilməsi yolu ilə məqsədyönlü sanksiyaların tətbiqinə çağırıb.
ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyası Azərbaycan rəsmilərinə sanksiya tətbiq etməyə çağırır
ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) ABŞ hökumətini Azərbaycanı dini etiqad azadlığının ciddi pozuntularına yol verdiyinə və ya dözümlülüyünə görə xüsusi müşahidə siyahısında saxlamağa çağırıb.
Komitə həmçinin Azərbaycanın dövlət qurumlarına, xüsusən də Daxili İşlər nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan vəzifəli şəxslərə qarşı müvafiq şəxslərin aktivlərinin dondurulması və/və ya onların ABŞ-a girişinin qadağan edilməsi yolu ilə məqsədyönlü sanksiyaların tətbiqinə çağırıb.
Komitə həmçinin mədəni və dini irsin inventarlaşdırılmasının yoxlanılması və sənədləşdirilməsi üçün müstəqil beynəlxalq müşahidəçinin, xüsusən də Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağa və ətraf rayonlara yerində səfərinin təşkilinə yardım etməyə çağırıb.
Qeyd olunur ki, ABŞ prezidenti ölkəyə təhlükəsizlik yardımı ilə bağlı məhdudiyyətləri aradan qaldırmazdan əvvəl ABŞ Konqresi Azərbaycanda dini etiqad azadlığı sahəsində konkret təkmilləşdirmələr tələb etməlidir.
Komitə Azərbaycanda dini etiqad azadlığı ilə bağlı məsələlərin işıqlandırılması üçün Senatda və yaxud Nümayəndələr Palatasında dinləmələr keçirməyə çağırıb.
Qeyd olunur ki, daha öncə Amerikanın qeyri-hökumət hüquq müdafiə təşkilatı Freedom House müəyyən edib ki, Azərbaycan 2020 və 2023-cü illərdə həyata keçirdiyi hərbi əməliyyatlar zamanı “Dağlıq Qarabağda erməni əhalisinin və tarixi-mədəni mövcudluğun hərtərəfli, metodik şəkildə etnik təmizləmə strategiyasını həyata keçirib”.
Təşkilat Azərbaycanın hərəkətlərinin hərbi cinayətlər və insanlığa qarşı cinayətlər olduğu qənaətinə gəlib. Erməni əsirlərinin dini zorakılığa, o cümlədən şifahi təhqirlərə məruz qaldığı, Bakının isə erməni dini abidələrini mənimsəyib məhv etdiyi bildirilir.







