BaşlıcaErməni Soyqırımı
Erməni Soyqırımı Muzey-Institutunun elmi jurnalı Scopus beynəlxalq elmi məlumat bazasına daxil edilib

Erməni Soyqırımı Muzey-Institutunun “International Journal of Armenian Genocide Studies” adlı elmi jurnalı Scopus adlı nüfuzlu beynəlxalq elmi məlumat bazasına daxil edilib. Alınan məlumata görə, bu barədə Erməni Soyqırımı Muzey-Institutunun “Facebook” səhifəsində paylaşım edilib.

“Bu, təkcə Erməni Soyqırımı Muzey-Institutu üçün deyil, həm də bütövlükdə erməni soyqırımışünaslığı sahəsi üçün mühüm və əlamətdar nailiyyətdir.
Bu, Erməni Soyqırımı araşdırmalarının artan beynəlxalq dəyərindən və elmi əhəmiyyətindən xəbər verir. Bu yolun yaradılması və möhkəmlənməsi işinə töhfə verən hər kəsi təbrik edirik” – deyə paylaşımda qeyd olunub.







