BaşlıcaBeynəlxalq

AB vizasının liberallaşdırılması üzrə fəaliyyət planı tezliklə Ermənistan tərəfinə veriləcək

Ermənistanın Daxili işlər naziri Arpin Sarkisyan Brüsselə səfəri çərçivəsində iyunun 10-da Avropa Birliyinin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner ilə görüşüb.

ER Daxili İşlər nazirliyinin mətbuya istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər AB-ER  dialoqu prosesinin praktiki əhəmiyyətini müzakirə ediblər.

Komissar Brunner elan edib ki, Avropa ekspert heyəti AB-ER  vizasının liberallaşdırılması üzrə fəaliyyət planının layihəsini müzakirə etmək üçün iyunun 24-də Ermənistana səfər edəcək.

Avropa tərəfi Fəaliyyət Planını mümkün qədər tez yekunlaşdırmağa və Ermənistan tərəfinə təqdim etməyə hazır olduğunu təsdiqləyib.

Arpine Sarkisyan Ermənistanda aparılan islahatları ətraflı təqdim edib və Ermənistan tərəfinin Fəaliyyət Planının sürətlə həyata keçirilməsinə maksimum səy sərf etməyə hazır olduğunu vurğulayıb.

Gələcək addımları daha yaxından əlaqələndirmək və ölkədə həyata keçirilən genişmiqyaslı dəyişikliklərlə tanış olmaq üçün nazir Sarkisyan komissar Brunneri gələn il Yerevana səfərə dəvət edib.

Daha çox göstər
Back to top button