BaşlıcaSiyasət

Kreml ümid edir ki, Bakı Krımı Rusiyanın bir hissəsi kimi tanıyacaq, necə ki, Moskva Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb

Rusiyanın RİA Novosti agentliyinə məlum mənbə bildirib ki, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı bəyanatına Azərbaycanın Xarici işlər nazirliyinin reaksiyası fonunda Rusiya ümid edir ki, Azərbaycan yeni rus bölgələrini və Krımı tanıyacaq.

“Moskva gözləyir ki, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı bəyanatına Azərbaycanın Xarici İşlər nazirliyinin reaksiyası kontekstində, 2022-ci il fevralın 22-də imzalanmış bəyannamədə ən yüksək səviyyədə təsbit olunmuş Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik xarakterli münasibətləri nəzərə alaraq, Bakı Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı daha balanslı mövqe tutacaq.

 Xüsusi hərbi əməliyyat çərçivəsində Rusiyanın yanaşmalarının ədalətliliyini tanıyacaq və Krım, Sevastopol, DXR, LXR, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya məxsus olması ilə bağlı mövqeyini qəbul edəcək” – deyə o, bildirib.

“Necə ki, Rusiya Azərbaycanın Qarabağ üzərində suverenliyini şübhə altına almır” – deyə agentliyin mənbəyi əlavə edib.

Daha çox göstər
Back to top button