Başlıcaİdman

Nair Tiknizyan “Tsrvena Zvezda”da 700 min avro maaş alacaq

Ermənistan millisinin yarımmüdafiəçisi Nair Tiknizyan Serbiyanın “Tsrvena Zvezda” klubu ilə müqaviləni daha bir il uzatmaq şərti ilə 4 illik müqavilə imzalayacaq. Sport24.ru xəbər verir ki, onun illik maaşı 700 min avro olacaq. “Lokomotiv” bu transferdən 2 milyon avro qazanacaq.

Nair Tiknizyan 2021-ci ilin avqustundan “Lokomotiv”də çıxış edir. Ötən mövsüm 33 matçda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Transfermarkt Nair Tiknizyanın transfer dəyərini 4 milyon avro qiymətləndirir.

Daha çox göstər
Back to top button