BaşlıcaEkonomika

Paşinyan süni intellekt fabrikinin tikintisini Ermənistan üçün ən mühüm texnoloji sərmayə hesab edir

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanda süni intellekt fabrikinin tikintisi layihəsinə toxunaraq, bunun Ermənistanda ən böyük və ən mühüm texnoloji sərmayə olduğunu vurğulayıb.

Bu barədə Nikol Paşinyan “X” mikrobloqunda yazıb.

“FirebirdCloudAI ən böyük və ən mühüm texnoloji sərmayədir, Ermənistanın “ulduz qapısıdır”. İdeya Jensen Huang (red. NVIDIA-nın təsisçisi və baş direktoru) 2023-cü ildə Yerevana səfəri zamanı yaranıb.

 Bu gün o, reallığa çevrilir. Minlərlə 𝗕𝗹𝗮𝗰𝗸𝘄𝗲𝗹𝗹 qrafik prosessorları ilə təchiz olunmuş süni intellekt fabriki bütün Ermənistanda innovasiyaları stimullaşdıracaq” – deyə Paşinyan yazıb.

Nazir bildirib ki, Ermənistanda 500 milyon dollarlıq tikinti planlaşdırılır.

Daha çox göstər
Back to top button