BaşlıcaSiyasət

ER öz qarşısında  RF ilə münasibətləri pozmaq rus hərbi bazasını uzaqlaşdırmaq məsələsini qoymayıb

Ermənistan qarşısına Rusiya ilə münasibətləri kəsmək, Rusiyanın hərbi bazasını ölkədən çıxarmaq kimi bir məqsəd qoymayıb.

Bu barədə Ermənistanın baş naziri Çexiyada keçirilən GLOBSEC 2025 Forumunda Ermənistanın Avropa Birliyinə üzvlüyü məsələsinə toxunarkən bildirib.

“O da məlumdur ki, bizim regionumuzda mürəkkəb vəziyyət hökm sürür. Siz Ermənistanda rus qoşunlarının mövcudluğunu qeyd etdiniz. Amma mən qeyd etmək istərdim ki, Ermənistanda həm də Avropa müşahidə missiyası var və onlar Azərbaycanla sərhəddəki vəziyyəti izləyirlər.

 Digər tərəfdən, ötən il biz rus qoşunlarının ölkəmizdəki mövcudluq dərəcəsini azaltmışıq, lakin hazırda qarşıya rus qoşunlarının Ermənistandan tam çıxarılması kimi bir məqsəd qoymamışıq. Bizim başqa bir məqsədimiz var – region ölkələri ilə davamlı və sabit sülhün təmin edilməsi” – deyə o bildirib.

Serbiya Prezidentinin, Slovakiya və Avstriyanın keçmiş Xarici işlər nazirlərinin iştirak etdiyi müzakirədə Paşinyan vurğulayıb ki, Ermənistan xarici siyasətini balanslaşdırır və Avropa Birliyi ilə də çox sıx əməkdaşlıq edir.

AB-nə tamhüquqlu üzv olmaq məsələsinə toxunarkən baş nazir deyib ki, “Ermənistanı heç nə saxlamır” və yaxınlarda qəbul edilmiş AB-nə üzvlük prosesinin başlanması haqqında qanunu xatırladıb.

O, eyni zamanda qeyd edib ki, AB-nə tamhüquqlu üzvlük üçün rəsmi müraciət etmək hələ tezdir.

“Bizim məqsədimiz yalnız gedib AB-nə tamhüquqlu üzv olmaq deyil, bu, bizim üçün başqa bir stimul və motivasiyadır ki, demokratik gündəliyimizi davam etdirək və həyata keçirək.

Ümid edirik ki, AB-nə tamhüquqlu üzvlük üçün müraciət etdiyimiz zaman bu, bizim layiqli fəaliyyətimizə əsaslanacaq, çünki biz tam və dərin demokratik islahatlar həyata keçirə biləcəyik” – deyə Nikol Paşinyan vurğulayıb.

Daha çox göstər
Back to top button