BaşlıcaBeynəlxalq

İsrail İran İslam İnqilabı Keşikçiləri Korpusunun Tehrandakı Komandanlıq Mərkəzlərinə zərbələr endirib

İsrail ardıcıl dördüncü gecədir ki, İranın strateji hədəflərinə hücum edir. Bazar ertəsi səhər tezdən, iyunun 16-da İsrail Müdafiə Qüvvələri İranın mərkəzində yerləşən “yer-yer” raket anbarlarına, eləcə də Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə komanda mərkəzinə zərbələr endirdiyini bildirib. Ötən gecə İsrail bildirib ki, İranın qərbində “yer-yer” tipli raketlər saxladığı güman edilən onlarla hədəfi vurub. Şimal-şərqdəki Məşhəd şəhərinin hava limanı da hədəfə alınıb.

İran da öz növbəsində iyunun 16-da səhər saatlarında yeni raket hücumlarına başlayıb.İsrail təcili yardım xidmətinin məlumatına görə, İsrailin mərkəzinə endirilən zərbələr nəticəsində 4 nəfər ölüb, 87 nəfər yaralanıb. AFP Təl-Əvivdə yaşayış binalarının və sahilyanı Hayfa şəhərinin kənarında baş verən yanğınların görüntülərini dərc edib. Yerusəlimdə güclü partlayış səsləri eşidilib. İnqilab Keşikçiləri Korpusu İsrailin hədəflərinə “daha dağıdıcı” zərbələr endirməklə hədələyib.

Daha çox göstər
Back to top button