BaşlıcaSiyasət

Nikol Paşinyan “Dəyişən dünyada Ermənistan” rəmziylə keçirilən müzakirəyə qatılıb

Baş nazir Nikol Paşinyan Praqada keçirilən nüfuzlu beynəlxalq təhlükəsizlik tədbiri – “GLOBSEC 2025” konfransında iştirak edib və “Dəyişən dünyada Ermənistan” mövzusunda müzakirəyə qatılıb.

Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Çıxışında Baş nazir Paşinyan Ermənistan hökumətinin regional inkişaflar, təhlükəsizlik çağırışları və sülhün bərqərar olunması imkanlarına dair yanaşmalarını və baxışlarını təqdim edib.

 Baş nazir xüsusilə Ermənistan və Azərbaycan arasında gedən sülh prosesinə toxunaraq, Ermənistan hökumətinin davamlı və uzunmüddətli həllə nail olmaq üçün sülhə sadiq olduğunu bir daha təsdiqləyib.

 O, qeyd edib ki, iki ölkə arasında sülh sazişinin mətni artıq razılaşdırılıb və indi prioritet məsələ onun imzalanması və həyata keçirilməsi prosesini yekunlaşdırmaqdır ki, bu da bölgədə dayanıqlı sülhə nail olunmasına xidmət edəcək։

Regional sabitlik və sülhün əhəmiyyətindən danışan Baş nazir Paşinyan vurğulayıb ki, sülhün bərqərar olunmasına yönəlmiş addımlar qarşılıqlı etimad və dialoqa əsaslanmalıdır.

O, Ermənistanın bu istiqamətdə ardıcıl işi davam etdirməyə hazır olduğunu bildirib və bu yanaşmanın bölgədə təhlükəsizliyin və uzunmüddətli sülhün əsas təminatına çevriləcəyini qeyd edib.

Nikol Paşinyan, həmçinin, Ermənistan tərəfindən irəli sürülmüş “Sülh çarpaz yolu” layihəsini təqdim edib. Layihənin məqsədi regional kommunikasiyaların və iqtisadi əlaqələrin açılmasını təmin etməkdir” – deyə məlumatda bildirilir։

Daha çox göstər
Back to top button