
Beynəlxalq Atom Enerjisi Agentliyi (BMTEA) baş direktoru Rafael Qrossi bildirib ki, İran və İsrail arasında davam edən hərbi gərginlik radioloji qəzalar riskini kəskin şəkildə artırır.
Natanz yanacaq zənginləşdirmə müəssisəsində cümə günü hücumdan sonra yeni ziyanlar qeydə alınmasa da, aşağıdakı məsələlər diqqət çəkir:
Natanz müəssisəsində vəziyyət:
Yerüstü eksperimental zənginləşdirmə kompleksinin binası dağıdılıb (U-235 izotopu ilə 60% zənginləşdirilmiş uran istehsal olunurdu).
Enerji təchizatı sistemləri (yardımçı stansiya, əsas elektrik binası, ehtiyat generatorlar) məhv edilib.
Yeraltı kaskad zalında fiziki zədələnmə yoxdur, lakin elektrik kəsintiləri sentrifüglərə ziyan vura bilər.
Müəssisə ətrafında radiasiya səviyyəsi normada qalır, lakin daxili radioloji və kimyəvi çirklənmə müşahidə olunur.
Uranın heksaflorid, uran ftorid və hidrogen ftorid formalarında yayılması mümkündür.
Alfa hissəcikləri tənəffüs və ya udulma halında təhlükə yaradır, lakin respiratorlarla risk azaldıla bilər.
Fordo zənginləşdirmə müəssisəsi və Xondab ağır su reaktorunda ziyan yoxdur.
Büşehr AES və Tehran tədqiqat reaktoru zədələnməyib.
İsfahan nüvə kompleksinin 4 binası zədələnib (kimya labı, uran emalı zavodu, yanacaq istehsalı obyekti).
Agentlik texniki məlumatların vaxtında təqdim edilməsini tələb edir.
Təftişlərin təhlükəsizlik şəraitində bərpa olunacağı bildirilir.
Qrossi şəxsi səviyyədə təmaslarda olduğunu və ekspert göndərməyə hazır olduğunu vurğulayır.
Hərbi eskalasiya həm insan həyatına, həm də ətraf mühitə ciddi təhlükə yaradır.
Diplomatik həll yollarının tətbiqi zərurəti qeyd olunur.
BMTEA öz mandatı çərçivəsində tədbirlər görməyə hazır olduğunu bildirir







