
CNN dörd mənbəyə istinadən xəbər verir ki, ABŞ kəşfiyyat agentlikləri İsrail hakimiyyətinin və ABŞ Prezidenti Donald Trampın bəyanatlarına zidd olaraq, İranın nüvə silahı yaratmaq niyyətində olmadığı qənaətinə gəliblər.
İsrail iyunun 13-də Tehranın nüvə silahı hazırlamağa yaxın olduğu bəhanəsi ilə İrana qarşı hərbi əməliyyatlara başlayıb. CBS çərşənbə axşamı bildirib ki, Trampın sözlərinə görə, İran nüvə silahına sahib olmağa “çox yaxındır”.
“İran təkcə nüvə silahı yaratmaq üçün fəal işləmir, həm də onları istehsal etmək və onu seçdiyi hədəfə çatdırmaq imkanından üç ildir uzaqdadır” – detə CNN mənbələrə istinadən yazır.
Telekanalın mənbələrinə görə, Amerika kəşfiyyatçıları hesab edirlər ki, bir neçə günlük hərbi əməliyyatlar zamanı İsrail İranın nüvə proqramının inkişafını cəmi bir neçə aya ləngidə bilib.







