
İrandakı vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclası olub, lakin heç bir bəyanat olmayıb, Nikol Paşinyan parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
“Amma bu iclaslar ona görə deyil ki, Syuniklə bağlı təhlükə var, mən bu bəyanatları təxribat xarakterli, əsassız hesab edirəm”, – Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, bu cür bəyanatlar Ermənistan vətəndaşları arasında təşviş və panika yaradır.
“Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsi üzərində razılığa gəliblər, Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq, sülh olacaq”, – Ermənistanın baş naziri əmin edib.







