BaşlıcaSiyasət

Paşinyanın Türkiyəyə ilk səfəri: “Regional son inkişaflar kontekstində tarixi qiymətli addım”

Baş nazir Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 20 iyunda Türkiyəyə səfər edəcək. Bu haqda  Parlamentdə jurnalistlərlə söhbət zamanı Parlamentin sədri Alen Simonyan bildirib.

Ermənistanın Baş naziri ilə Türkiyə prezidentinin görüşündə gündəliyə hansı məsələlərin gətiriləcəyi məlum deyil.

Lakin regional son inkişaflar fonunda təhlükəsizlik və nəqliyyat rabitələri məsələlərinin müzakirənin əsas mövzuları olacağını təxmin etmək çətin deyil.

Hazırlıqları davam edən səfəri Alen Simonyan tarixi qiymətli adlandırır, çünki Ermənistanın rəhbəri ilk dəfə belə səviyyəli səfərə gedir.

Lena Badeyan isə bu səfəri regional son inkişaflar kontekstində qiymətləndirir.

İsrail-İran münaqişəsi səbəbindən erməni-azərbaycan müharibəsinin yenidən başlama risklərinin minimal olduğunu Ermənistan Parlamentin sədri Alen Simonyan bildirib və qeyd edib ki, Ermənistan hökuməti bu kimi problemləri neytrallaşdırmaq üçün aktiv addımlar atır.

Bu addımlardan biri də Baş nazir Paşinyanın 20 iyunda planlaşdırılan Türkiyə səfəridir.

“Təsdiq etdim, amma qalanını artıq baş nazirin ofisindən. Regional bütün məsələlər müzakirə ediləcək və mən hesab edirəm ki, bu səfər tarixi xarakter daşıyır, çünki Ermənistan rəhbəri ilk dəfə belə səviyyəli səfərə gedir. İndi çətinlik çəkirəm adını deməkdə – işgüzar və ya rəsmi, amma bu ikitərəfli səfərdir və dəvət prezident tərəfindən edilib və elə bu formatda olacaq – bəli.”

Regionda hər hansı hərbi əməliyyat Ermənistan üçün narahatlıq doğurur, çünki onların yayılma və daha genişmiqyaslı problemə çevrilmə riski var – belə qiymətləndirir erməni siyasətçilər. Lakin bütün risklər qiymətləndirilir və təhlil edilir – deyir Milli Məclisin sədri və əlavə edir ki, İrana İsrailin ilk zərbələrindən sonra, hələ işıq yanmamış Ermənistan rəhbərliyi yığışıb və riskləri qiymətləndirib.

“Bəli, qiymətləndirdik, müzakirə etdik, həmin əməliyyatlar başlayandan dərhal sonra, çox erkən saatlarda, müzakirə etdik.

 Biz beynəlxalq tərəfdaşlarımızla əlaqədəyik. Hazırkı mərhələdə elə bir narahatlıq yoxdur ki, bu bizim qonşumuzla münasibətlərimizə bir şəkildə təsir edə bilər.

 Çünki ilk növbədə bilirsiniz ki, danışıqlar davam edir və konkret proseslər var, indi gedir və belə bir şey hazırkı mərhələdə görmürük”.

Rəsmi Yerevan İsrail-İran münaqişəsinin uzanmasını, xüsusilə də onun xarakterini dəyişməsini çox riskli hesab edir. Hər halda Ermənistan parlamentinin sədri “Zəngəzur dəhlizi” adlandırılan mövzuda danışıqların yenidən başlamasını istisna edir.

“Zəngəzur dəhlizini unudun, yollar olacaq”.

Alen Simonyan əmindir ki, regionun vəziyyəti Ermənistan hökumətinin “Sülh kəsişməsi” proqramının aktuallığını xüsusilə indi sübut edir.

“Elə bu şəraitdə aktualdır. Hətta xalq arasında deyim var ki, ‘bir qapı bağlananda, o biri qapı açılır’. İndi əgər xəritəyə baxsanız, təyyarələr haradan uçur, aydın olur ki, Ermənistan və bizim regionumuz hazırkı mərhələdə faktiki olaraq mülki təyyarələr üçün hava dəhlizinə çevrilib.

 Bəli, əlbəttə, aktualdır və həm də özü aktualdır o baxımdan ki, bu təkcə iqtisadi məna daşımır, bu həm də təhlükəsizlik mənası daşıyır, çünki bu əlaqə özündə bütün ölkələr üçün iqtisadi maraqlar güdür”.

“Sülh kəsişməsi” proqramını və onun əsasında duran təklifləri əsas götürərək Milli Məclisin xarici əlaqələr daimi komitəsinin sədri Sarkis Xandanyan iddia edir ki, Azərbaycanın Ermənistana qarşı təcavüzə başlamaq üçün heç bir legitim səbəbi yoxdur.

 Çünki Ermənistan rabitə yollarını sabahdan işə salmağa hazırdır.

İran-İsrail qarşıdurması kontekstində, təhlükəsizlik məsələləri ilə yanaşı, iqtisadi mümkün nəticələrlə bağlı təhlillər Ermənistanın Maliyyə nazirliyində hələ aparılmayıb.

Maliyyə naziri Vahe Hovhannisyan əsaslandırır ki, qeyri-müəyyənliklər hələ çoxdur.

“Bu ssenarilərə görə proqnozlar çox yanıla bilər. Nə vaxt hiss etsək ki, təsirlər konkret və görünəndir, təbii ki, müvafiq təhlilləri hökumətə təqdim edəcəyik.”

Uzun müddətdir ki, erməni spirtli içkiləri Rusiyaya ixrac edərkən Gürcüstan sərhədində maneələr var. Bəzi qiymətləndirmələrə görə, erməni-iran sərhədi də müharibə şəraitində təhlükəsiz deyil.

Erməni iqtisadçıların yaranmış vəziyyətdə yeni problemlərlə üzləşə biləcəyi və İrana qarşı əməliyyatlardan Ermənistana tədarükün zərər görə biləcəyi barədə maliyyə naziri hələ bir gün əvvəl təsdiq edib.

Parlamentin sədr müavini Ruben Rubinyan öz növbəsində əmin edir ki, hakimiyyət orqanları həll yolları axtarır.

“Hər şey edilir ki, iqtisadçılar yaranmış vəziyyətdə mümkün qədər az problemlərlə üzləşsin, əgər üzləşsələr də, mümkün qədər tez həll yolları tapsın.

İranda hərbi əməliyyatlar gedir. Risk qiymətləndirmək riskin aradan qalxdığı demək deyil. Risk qiymətləndirmək ondan irəli gələn problemləri idarə etmək, mümkün olduqda həll etmək, əgər həll etməsən, alternativ yaratmaq və s.”

Münaqişə səbəbindən İran ərazisindən erməni yüklərinin daşınmasında problemlər var – ziyan çəkən həm Ermənistana mal idxal edənlər, həm də ixracatçılardır.

Bunu öz növbəsində iqtisadiyyat naziri təsdiq edir. Gevorg Papoyana görə, bəzi yüklər hazırda İranın Cənubundakı Bəndər Abbas liman şəhərindədir, bir hissəsi isə İranın yollarında dayanıb. Belə ki, problemlər çoxdur.

“Aydındır ki, bunlar makro amillərdir ki, o da kiçik ölçüdə bizim sferamızda yerləşir”.

Rəsmi statistikaya görə, 2024-cü ildə 730 milyon dollardan çox göstərici ilə İran Ermənistanın dördüncü ən böyük ticarət tərəfdaşıdır – yəni, Rusiyadan, Çindən və Birləşmiş Ərəb Əmirliklərindən sonra.

İrandan idxal edilən əsas mallar yanacaq, tikinti materialları, metallar və s.-dir.

Daha çox göstər
Back to top button