
İğdır valisi Ercan Turan Türkiyə-Ermənistan sərhədində yerləşən Subaşı Sərhəd Batalyonunu və Beştaş Sərhəd Qrupunu ziyarət edib.
Bu barədə “Ermenihaber” məlumat yayıb. Səfər zamanı sərhəd təhlükəsizliyi ilə bağlı yoxlamaların aparıldığı qeyd edilir.
Səfər zamanı Turanı qarnizon komandiri general-mayor Cavid Tütüncü müşayiət edib. O, sərhəddə aparılan təhlükəsizlik əməliyyatları barədə ətraflı məlumat verib.







