
Abovyan qaz anbarının genişləndirilməsinə, qaz kəmərlərinin yenidən qurulmasına və yeni abonentlərin qoşulmasına investisiyalar 270 milyon dollar təşkil edir. Bu barədə “Roscongress” jurnalı məlumat yayıb.
İşlərin başa çatdırılması 2028-ci ilə nəzərdə tutulub.
Rusiya Ermənistanın qaz sistemini 2028-ci ilə, dəmir yolu şəbəkəsini isə 2038-ci ilə qədər modernləşdirməyi planlaşdırır.
“Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin hərəkət heyətinin bərpasına investisiyalar 445 milyon dollar təşkil edib. İşlərin başa çatdırılması 2038-ci ilə nəzərdə tutulub.
Bundan əlavə, Rusiya Federasiyası məlumatların emalı mərkəzinin yaradılmasına 30 milyon dollar sərmayə qoyub.
Mərkəz 2024-cü ildə Abovyanda tikilib və 2025-ci ildə tam modernləşdiriləcək.
Ermənistanda Rusiya kapitallı 300-ə yaxın şirkət fəaliyyət göstərir.
Rusiya Ermənistanın enerji sisteminə, rabitə və nəqliyyat sektorlarına sərmayə qoyur.







