Ukraynaya kömək etməsək, rus dilini öyrənməliyik: Kalas

Avropa diplomatiyasının rəhbəri Kaia Kalas Ukraynaya daha çox dəstək verməyə çağırıb. Əks halda Kalas hesab edir ki, Avropa rus dilini öyrənməli olacaq, The Guardian yazır.
Aİ-nin baş diplomatı hesab edir ki, ittifaq Ukraynanı dəstəkləmək üçün üzərinə düşəni edir, təkcə ona görə deyil ki, “Ukrayna Avropanın ilk müdafiə xəttidir” və Rusiya yalnız güc tətbiqinə cavab verir.
O, Aİ-nin təklif etdiyi sanksiyaların 18-ci raundunun əhəmiyyətini vurğulayaraq, “hər bir sanksiya Rusiyanın bu müharibəni aparmaq qabiliyyətini zəiflədir” dedi.
Kalas qeyd edib ki, Avropa Ukrayna və öz təhlükəsizliyi üçün daha çox iş görməlidir.
“Ukraynaya kömək etməyi dayandırsaq, hamımız rus dilini öyrənməyə başlamalıyıq. Bu gün Ukrayna döyüş meydanında nə qədər güclü olsa, Rusiya nəhayət danışmağa hazır olanda o, danışıqlar masasında bir o qədər güclü olacaq”, – o, NATO-nun baş katibi Mark Ruttedən sitat gətirib.







