BaşlıcaSiyasət

Fransa öz vətəndaşlarını Ermənistan və Türkiyə vasitəsilə İrandanda təxliyyə edilməsini nəzərdən keçirir

Fransanın xarici işlər naziri Jan-Noel Barron İranda ölkəni tərk etmək istəyən Fransa vətəndaşlarına müraciət edib.

“Armenpress” xəbər verir ki, bunu Fransanın xarici işlər naziri özünün “X” mikrobloqunda yazıb.

O, İranı tərk etmək istəyən Fransa vətəndaşlarını tezliklə Fransanın İrandakı səfirliyinə istəklərini bildirməyə çağırıb.

“Sərhədləri açıq olan Ermənistan və Türkiyəyə vizasız gediş-gəliş mümkündür”, – Baron yazıb.

Fransa xarici işlər naziri həmçinin qeyd edib ki, iyunun 20-də Fransa vətəndaşlarını qarşılamaq və istənilən konsulluq funksiyalarına kömək etmək üçün Ermənistan və Türkiyənin İranla sərhədlərinə qruplar yerləşdirilib.

İsrail və İran arasında münaqişə fonunda Hindistan, Çin və Rusiya da öz vətəndaşlarını İrandan çıxarmaq üçün Ermənistan ərazisindən istifadə edəcəklərini açıqlayıblar.

Daha çox göstər
Back to top button