BaşlıcaSiyasət

Baş nazir: “Bir sıra məsələlərdə  Ermənistan vəə Türkiyənin mövqeləri kifayət qədər  yaxındır”

Bəzi regional məsələlərdə Ermənistan və Türkiyənin mövqeləri kifayət qədər yaxınlaşır. Alınan məlumata görə, Türkiyə erməni icmasının nümayəndələri ilə görüş zamanı bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

“Təəssüf ki, bizim regionumuz hələ də kifayət qədər gərgin bir yer olaraq qalır. Belə səfərlərin və təmasların əsas məqsədlərindən biri də budur ki, müzakirə edək: regionu necə daha sabit, daha sülhsevər, daha təhlükəsiz edə bilərik? Bu, məhz bu kontekstdə təmasların ən vacib gündəliyidir” – deyə Baş nazir vurğulayıb.

O, qeyd edib ki, dialoq üçün fon yaradan bir amil mövcuddur. “Bəzi regional məsələlərdə Ermənistan Respublikası və Türkiyə Respublikasının mövqeləri kifayət qədər yaxındır.

 Və bu, tez-tez baş vermir, amma indi görünür ki, bir sıra məsələlərdə kifayət qədər oxşar yanaşmalarımız var. Söhbət beynəlxalq gündəlikdə olan məsələlərdən gedir.

Bu da münasibətlərin atmosferinə və ab-havasına müəyyən təsir göstərən bir amildir” – deyərək Paşinyan bildirib.

Daha çox göstər
Back to top button