BaşlıcaSiyasət

Baş nazir: “Bizim türk tərəfdaşlarımıza Ermənistanın mövqelərini tam şəkildə təqdim etmək imkanımız var”

Baş nazir Nikol Paşinyan Türkiyədəki erməni icmasının nümayəndələri ilə görüşündə Ermənistan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti, təmasların xarakteri və səfərin məqsədlərindən danışıb.

“Əvvəlki dövrdən fərqli olaraq, hazırda Türkiyə ilə təmaslarımız çox intensivdir” –  deyərək Baş nazir qeyd edib ki, hazırda regional və beynəlxalq hadisələrin əhatə dairəsi daha genişdir.

Baş nazirin sözlərinə görə, indiki mərhələdə Ermənistanın öz rəsmi mövqelərini və öz nüanslarını türkiyəli tərəfdaşlarına tam şəkildə təqdim edə bilməsi ən vacibdir.

“Hesab edirəm ki, bu səfər bizim üçün Ermənistan Respublikasının mövqelərini, mövqelərin nüanslarını, özəlliklərini və həll yolları ilə bağlı ideyaları türk tərəfdaşlarımıza tam şəkildə təqdim etmək üçün yaxşı fürsətdir” – deyərək  Paşinyan bildirib.

Baş nazir vurğulayıb ki, bu cür təmaslar Ermənistan-Türkiyə münasibətlərinin inkişafına yeni təkan verərək gələcək hadisələrə mühüm təsir göstərə bilər.

Baş nazir Nikol Paşinyan iyulun 20-də Türkiyədə işgüzar səfərdə olub. Nikol Paşinyan yerli erməni icmasının nümayəndələri ilə görüşüb.

Axşam Baş nazir Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirəcək.

Daha çox göstər
Back to top button