BaşlıcaSiyasət

Azərbaycanda jurnalistlərin həbsləri davam edir — Beynəlxalq təşkilatlar narahatdır

Beynəlxalq Mətbuat İnstitutu (IPI) “Abzas Media işi” çərçivəsində təqsirləndirilən 7 jurnalistə çıxarılan uzunmüddətli həbs qərarlarını qətiyyətlə pisləyib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə hər biri 9 il, layihə koordinatoru Məhəmməd Kekalov 7 il yarım, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Beynəlxalq Mətbuat İnstitutunun bəyanatında bildirilib ki, jurnalistlərin yeganə “cinayəti” Azərbaycan hakim elitasının korrupsiya faktlarını ictimailəşdirmək olub.

“Onlara qarşı irəli sürülmüş “xarici valyuta qaçaqmalçılığı” ittihamlarının reallıqla heç bir əlaqəsi yoxdur və bu, yalnız jurnalistləri həbsə atmaq üçün düşünülmüş bəhanədən başqa bir şey deyil. Onlara kəsilən bu ağır cəzalar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan hakimiyyətinin mətbuat azadlığı prinsiplərinə tamamilə hörmətsiz yanaşdığını nümayiş etdirir”.

Bəyanatda qeyd edilir ki, bu hökm son aylarda Azərbaycanda artan jurnalist həbsləri dalğasının davamıdır. 

Azərbaycanda jurnalistlərin kütləvi həbsləri davam edir və müxtəlif ittihamlarla 20-yə yaxın jurnalist məhkəmə qarşısını gözləyir. Təşkilatın monitorinqinə əsasən, ölkə üzrə ən azı 25 media işçisi hazırda həbsdə saxlanılır.

Bu qərarı daha əvvəl Jurnalistləri Müdafiə Komitəsi də pisləyib. Onlar bildiriblər ki, Bu ağır hökmlər Azərbaycan hakimiyyətinin ölkədə qalan azad medianı da məhv etmək niyyətini açıq şəkildə göstərir. 

Jurnalistlərin həbsləri ilə yanaşı, qeyd edək ki, Azərbaycanda indi sadəcə olaraq o ölkənin vətəndaşları, Azərbaycanda baş verən korrupsiayalar haqqında yazanlara qarşı deyil, Artsax siyasi-hərbi rəhbərliyinə qarşı saxta məhkəmələri də davam edir. Məhkəmələr indiyə kimi qapalı şəkildə keçirilir, beynəlxalq standartlara cavab vermir. Bu proseslərdə şəffaflıq təmin edilmir, hüquqi müdafiə hüquqları məhdudlaşdırılır. Məşhur erməni İş adamı və ictimai xadim Ruben Vardanyan da özünün saxlanma şəraiti və məhkəmə proseslərində baş verən insan hüquqları pozuntuları haqqında dəfələrlə ictimaiyyətə məlumat verib.

Azərbaycanda insan hüquqları ilə bağlı durum uzun müddətdir ki, dəyişməz olaraq acınacaqlı səviyyədə qalır və əsas hüquq və azadlıqlar sistematik şəkildə məhdudlaşdırılır.

Daha çox göstər
Back to top button