
BMT-nin İnsan Hüquqları Müdafiəçiləri üzrə Xüsusi Məruzəçisi Meri Loulor Azərbaycan hökumətinin “Abzas Media”nın jurnalistlərinə 8-9 il həbs cəzası verməsi ilə bağlı narahatlığını bildirib.
“İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin daha əvvəl də haqlarında yazdığım altı “Abzas Media” jurnalistinə 8-9 il həbs cəzası verdiyi barədə narahatedici xəbərlər alıram. Onların bu şəkildə cəzalandırılmasının korrupsiyaya qarşı apardıqları qanuni fəaliyyətlə bağlı olduğuna dair narahatlığım qalır”, – Meri Loulor “X” hesabında yazıb.







