Türkiyə prezidenti ilə Ermənistan Baş nazirinin İstanbulda görüşməsinin İran-İsrail müharibəsi ilə əlaqəsi olduğunu düşünmürəm, çox güman ki, qərar daha əvvəl verilib.
Bu haqda türkoloq Ruben Safrastyan jurnalistlərlə söhbətində qeyd edib.
“Biz bilirik ki, Ermənistan Xarici işlər nazirinin müavini bir həftə əvvəl səfərə hazırlaşmaq üçün ordan gedib.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin necə gedəcəyini deyə bilmərəm.
Ümumi təəssüratım budur ki, səfər prinsipial olaraq yeni heç nə gətirməyəcək və Türkiyə öz mövqeyini qoruyacaq və Türkiyənin mövqeyi ondan ibarətdir ki, Ərdoğan özü dəfələrlə bəyan edib ki, Azərbaycanla müqavilə və ya saziş imzalanmayana qədər Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində heç bir addım atmayacaq.
Düşünürəm ki, bu, qorunub saxlanılacaq və səfər bu baxımdan heç bir nəticə verməyəcək”.







