BaşlıcaSiyasət

Avropa Şurasının Baş katibi:  “Ermənistana olan səfərimi müsbət qiymətləndirirəm”

Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında ER  Parlamentinin nümayəndə heyətinin üzvü Hripsime Qriqoryan Alen Berseydən son səfəri və Ermənistanın demokratik inkişafları barədə təəssüratlarını soruşub.

Avropa Şurasının Baş katibi səfərini müsbət qiymətləndirərək bildirib ki, Ermənistan doğru istiqamətdə irəliləyir:

“İllərdir ki, Ermənistanın güclü Avropa meyllərini görürük. Bu, qeyd olunması vacib bir məqamdır. Avropa Şurasının rolu ölkələrlə əməkdaşlıq edərək düzgün inkişafı təmin etməkdir.

Buna görə də Yerevanda ofisimiz var, oraya da səfər etmişəm. Orada təxminən 50 əməkdaş fəaliyyət göstərir və onlar islahatların inkişafı, müxtəlif proqramların həyata keçirilməsi və dəyərlərin reallaşdırılması istiqamətində mühüm işlər görürlər.

Bu çox önəmlidir, mənim təəssüratım çox müsbətdir. Anlayıram ki, hər bir ölkədə müəyyən problemlər və həll olunmalı məsələlər olur, bu təbiidir.

Lakin ümumi gedişat da vacibdir. Mənim təəssüratıma görə, Ermənistanın gedişi yaxşıdır və düzgün istiqamətdədir. Bu önəmlidir, çünki gələn il mühüm seçkiləriniz olacaq”– deyə Avropa Şurasının Baş katibi vurğulayıb.

Daha çox göstər
Back to top button