Ermənistanla viza liberallaşdırılması üzrə dialoq aktiv mərhələdə: Aİ səfiri

Aİ və Ermənistan arasında viza rejiminin liberallaşdırılması üzrə dialoq fəal mərhələdədir. Armenpress-in məlumatına görə, bu barədə Aİ-Ermənistan Vətəndaş Cəmiyyəti Platforması çərçivəsində təşkil olunan müzakirə zamanı Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos bildirib.
Onun sözlərinə görə, bu, Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq (CEPA) Sazişində də öz əksini tapmış əməkdaşlığın yeni istiqamətlərindən biridir.
“Ötən ilin iyulunda bu dialoqda irəliləməyə qərar verməyimiz çox vacibdir. İş davam edir”, – Maraqos qeyd edib.
Aİ səfiri məlumat verib ki, hazırda Ermənistan hakimiyyəti ilə viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planının hazırlanması istiqamətində konkret işlər aparılır. Bu plan sektor islahatlarını istiqamətləndirmək üçün nəzərdə tutulub.







