
ER Xarici işlər naziri Ararat Mirzoyan Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və Xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.
Ermənistan Xarici işlər nazirliyindən verilən məlumata görə, həmsöhbətlər regional sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Nazir Mirzoyan və Şeyx Abdullah bin Zayed Əl Nəhyan Cənubi Qafqaz və Yaxın Şərqdə sülhün təmin edilməsinə yönəlmiş səylər barədə fikir mübadiləsi aparıblar.
Mənbənin bildirdiyinə görə, söhbət zamanı iki ölkə arasında dostluq münasibətlərinin inkişafına baxış və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələlərinə də toxunulub.







