
Ali Rəhbərin sözçüsü bəyan edib ki, İran Azərbaycanda yerləşən Amerika bazalarına hücum edə bilər.
Bu barədə sosial şəbəkələrdə iranlı politoloq Ehsan Movahedian yazıb.
“Təbriz “Aşur” Korpusunun Ali Rəhbərinin nümayəndəsi Höccətül-İslam Sarai İranın Qətərdə yerləşən ABŞ-ın ən böyük hərbi bazasına hücum etdiyini, həmçinin onların Kürdüstan, Azərbaycan (Bakı) və Qərbi Asiyada yerləşən bazalarına da hücum edə biləcəyini açıqlayıb”, – Movahedian qeyd edib.







