BaşlıcaSiyasət

Biz Ermənistanla dostluğumuzu möhkəmləndirməyə hazırıq: Çinin Xİ naziri

Ermənistan və Çin xarici işlər nazirlərinin görüşündə nazirlər açılış nitqi ilə çıxış ediblər.

“Xarici işlər naziri ilə görüşməyimə şadam. Bu, sizin Çinə ilk rəsmi səfərinizdir və sizi səmimiyyətlə salamlayıram. Təyin olunduğunuz vaxtdan Çin və Ermənistan arasında münasibətlərin inkişafına fəal dəstək göstərmşisiniz və bunu yüksək qiymətləndiririk.

Çin və Ermənistan zəngin tarixə və dərin mədəni əsaslara malik qədim sivilizasiyalardır. Əlaqələrimiz qədim dövrlərə gedib çıxır və qədim İpək Yolu xalqlarımız arasında dostluq və əməkdaşlıqdan xəbər verir. Beynəlxalq və regional vəziyyətin dəyişməsindən asılı olmayaraq, biz həmişə qarşılıqlı hörmət, etimad və qarşılıqlı faydalı əməkdaşlığı qoruyub saxlamışıq və bunun sayəsində əlaqələrimiz davamlı şəkildə inkişaf edir.

Bütün sahələrdə əməkdaşlığımız, xüsusən də ölkələrimiz “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində tərəfdaş olduqdan sonra müsbət nəticələr verdi. Bu təşəbbüs sayəsində əməkdaşlığımız, xüsusən də ticarət-iqtisadi sahədə əməkdaşlığımız yeni zirvələrə yüksəlməkdə davam edir. Çin Ermənistanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Ötən il ticarət dövriyyəmiz xeyli artıb, bu ilin ilk dörd ayında isə artım 58 faiz təşkil edib ki, bu da çinli tərəfdaşlar arasında nadir göstəricidir və əməkdaşlığımızın gələcək inkişafı üçün böyük potensialdan xəbər verir. Ölkənizdə Çin investisiyaları da müsbət qarşılanır.

Bir sıra Çin brendləri Ermənistanda geniş yayılıb və məşhur erməni məhsulları çinli istehlakçıların gündəlik həyatını zənginləşdirir. Humanitar əlaqələrimiz də dərinləşir: artıq ölkələrimiz arasında birbaşa hava əlaqəsi fəaliyyət göstərir və vizasız rejim siyasəti xalqlarımız arasında daha sıx əlaqələrə töhfə verməkdə davam edir.

Biz ölkələrimizin inkişafı naminə Ermənistanla dostluğumuzu möhkəmləndirməyə, inamı dərinləşdirməyə və əməkdaşlığı genişləndirməyə hazırıq. Sizi bir daha salamlayıram. Təşəkkür edirəm”, – deyə Çinin xarici işlər naziri Van Yi bildirib.

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın çıxışında qeyd edib:

“Zati-aliləri, nazir Van Yi, hörmətli həmkarlar,

İlk növbədə, icazə verin, dəvətinizə və Çinə gəldiyim andan hiss etdiyim səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirim. Bu, mənim Çinə ilk rəsmi səfərimdir, ümumiyyətlə, ölkənizə ilk səfərimdir. Mən həqiqətən də gözəl Çin sivilizasiyasına heyranam.

Cənab nazir, maraqlısı odur ki, mən artıq bir neçə aydır fəaliyyət göstərən Yerevan-Urumçi birbaşa aviareysi ilə gəlmişəm. Hesab edirəm ki, bu, əlaqələrimizin dərinləşməsinin bariz nümunəsidir, eyni zamanda, xalqlarımız və biznes qurumlarımız arasında əlaqələri gücləndirmək üçün yaxşı imkandır.

Siz iqtisadi artımdan, ticarətin həcmindən, rəqəmlərdən danışdınız. Səhv etmirəmsə, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 700 milyon ABŞ dolları artıb. Və bu dinamikanın yaxşı nümunəsidir. Lakin, eyni zamanda, əminəm ki, bu, bizim tam potensialımız deyil. Bu səfər və bu danışıqlar yeni üfüqləri araşdırmaq, iqtisadi əlaqələri necə gücləndirə və genişləndirə biləcəyimizi görmək üçün yaxşı fürsətdir.

Amma daha önəmlisi və bu, məncə, bir-birimiz üçün daha başa düşülən və proqnozlaşdırıla bilən tərəfdaş olmaq, məncə, bu sözü işlətsəm, artıq kifayət qədər yetkin olan siyasi dialoqu necə dərinləşdirə biləcəyimizi və strateji münasibətlərimizi necə yeni səviyyəyə qaldıra biləcəyimizi görmək üçün yaxşı fürsətdir.

Biz də müzakirə edə bilərik və əminəm ki, bu kontekstdə bizim də bir çox mövzularımız, beynəlxalq platformalarda gələcək əməkdaşlığımız var. Deyə bilərəm ki, bir çox hallarda baxışlarımız, baxışlarımız bir-birinə kifayət qədər yaxındır”.

Daha çox göstər
Back to top button