
Beynəlxalq Olimpiya Komitəsi (BOK) erməni gimnast, olimpiya oyunlarının gümüş və bürünc mükafatçısı, dünya çempionu, üçqat Avropa çempionu Artur Davtyanın keçdiyi yola həsr olunmuş video hazırlayıb.
“Ölkəsi üçün tarix yazmaq və səbrin əsas olduğunu sübut etməkdir. Artur Davtyana idman gimnastikası üzrə Ermənistanın ilk Olimpiya medalını qazanmaq üçün üç Olimpiya Oyunları lazım idi və dördüncü, Paris-2024-də o, bürüncdən gümüşə yüksəldi.
Los-Anceles-2028-də görüşəcəyik, Artur?” – BOK nəşri yazır.







