
Vaşinqtonda işgüzar səfərdə olan Ermənistan Parlamentinin (Ermənistan Ali Məclisi – EAİ) Xarici Əlaqələr üzrə daimi komitəsinin sədri Sarkis Xandanyan, Ermənistan-ABŞ dostluq qrupunun üzvləri Arusyak Culhakyan, Mariya Karapetyan və Geğam Nazaryan ABŞ Nümayəndələr Palatasında bir sıra görüşlər keçirdilər.
ER Parlamentindən bildirir ki, nümayəndə heyəti ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Kerol Miller, ABŞ Konqresinin Erməni məsələləri üzrə komissiyasının üzvü Kim Yanq, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Robert Aderholtd və ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Deliya Ramirez ilə görüşüb.
Görüşlər zamanı Ermənistanla ABŞ arasında bu ilin yanvar ayında imzalanmış çoxölçülü strateji tərəfdaşlığın əhəmiyyəti, həmçinin parlamentlərarası fəal əlaqələrin davamlı inkişafı və dərinləşdirilməsinin zəruriliyi vurğulanıb.
Parlament deputatları konqresmenlərə Ermənistan-Azərbaycan sülh prosesinin təfərrüatlarını və Ermənistanın sülh müqaviləsini tezliklə imzalamağa hazır olduğunu təqdim ediblər.
Regional nəqliyyat və iqtisadi marşrutların blokadasının aradan qaldırılmasının imkanlarına, Ermənistan hökumətinin “Sülh kəsişməsi” (“Crossroads of Peace”) layihəsinə toxunulub. Hər iki tərəfdən Cənubi Qafqazda sabit və uzunmüddətli sülhün təmin edilməsinin zəruriliyi vurğulanıbdır.







