Erməni impressionizminin xəzinələri Fransada sərgilənəcək

İyunun 27-də Fransanın məşhur Barbizon Mədəniyyət Mərkəzində “Erməni impressionizminin rəngləri və işıqları” adlı geniş sərgi açılacaq və burada Ermənistan Milli Qalereyasının kolleksiyasından erməni impressionizmini təmsil edən dəyərli əsərlər nümayiş etdiriləcək. “Armenpress” xəbər verir ki, bu barədə Ermənistan Milli Qalereyası məlumat yayıb. Beynəlxalq sərgidə əsasən 20-ci əsrin ilk üç onilliyində yaradılmış rəssamların 30-dan çox rəsm əsəri nümayiş etdirilir. O cümlədən, tanınmış rəssamlar Vardces Surenyants, Yeqişe Tadevosyan, Vahram Qayfeçyan, Karapet (Çarlz) Adamyan, Martiros Saryan, Sedrak Arakelyanın əsərləri.
Sərgi zamanı həm Fransada, həm də Ermənistanda bir sıra mədəni tədbirlər və proqramlar keçiriləcək. Sərginin kuratoru Ermənistan Milli Qalereyasının direktoru Marina Hakobyandır. 2022-ci ildə Ermənistanın Milli Qalereyası Avropa Şurasının erməni mədəniyyətinin, mədəniyyətlərarası dialoqun və yeni birgə layihələrin həyata keçirilməsinin təşviqi üçün Avropa mədəni landşaftında Ermənistanın iştirakını genişləndirən “İmpressionizm marşrutları” layihəsinin üzvüdür. Qeyd olunan əməkdaşlıq çərçivəsində “Erməni impressionizminin rəngləri və işıqları” beynəlxalq sərgisi keçirilir.







