
İranın Ermənistandakı səfiri Mehdi Sobhani bəyan edib ki, Yerevan və Tehran İran prezidenti Məsud Pezeşkiyanın Ermənistana səfərinin təşkili ilə bağlı müzakirələri davam etdirir.
Bu barədə səfir mətbuat konfransı zamanı bildirib.
“Hər iki tərəf İran prezidentinin Ermənistana səfərinin təşkili üzərində işləyir. Belə çətin şəraitdə belə, mən Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdüm, prezidentimizin səfəri ilə bağlı məsələni müzakirə etdim, həmçinin səfər çərçivəsində imzalana biləcək sənədlərin siyahısını da mübadilə etdik.
Biz indi İran prezidenti üçün nəzərdə tutulan bütün proqramları nəzərdən keçiririk ki, bu səfər mümkün olarsa, yayda təşkil olunsun”, -səfir deyib.







