
İran Ermənistanın ərazi bütövlüyünü və milli suverenliyini pozan istənilən ərazi iddiasını qəti şəkildə rədd edir. Uydurma və yalan ifadələrin işlədilməsi regionda dinc yanaşı yaşama proqramına, qonşuluq məntiqinə, digər ölkələrin ərazi bütövlüyünə ziddir və bu cür ifadələrdən çəkinmək lazımdır.
Bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani jurnalistlərlə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz Ermənistanın ərazi bütövlüyünü və milli suverenliyini pozan istənilən ərazi iddiasını qəti şəkildə rədd edirik. Biz başqa ölkəyə qarşı istənilən növ ərazi iddiasını ifadə edə biləcək hər hansı yalan və uydurma ifadəni də qəti şəkildə rədd edirik”, – səfir vurğulayıb.
İran səfiri həmin bəyannamədə yer alan qondarmar “Qərbi Azərbaycan” ifadəsinə toxunaraq, xüsusi olaraq qeyd edib:
“İstifadə olunan “Qərbi Azərbaycan” adı İran İslam Respublikasının əyalətlərindən birinin adıdır. Heç bir coğrafi bölgə üçün istifadə oluna bilməz, xüsusən də başqa ölkəyə xüsusənErmənistana qarşı hər hansı ərazi iddiası nəzərdə tutursa”.
Səfirin sözlərinə görə, İran Ermənistan və Azərbaycan arasında sülh dialoqunu dəstəkləyir və hər iki tərəfi tezliklə sülh sazişi imzalamağa təşviq edir.







