
İyunun 26-da İran və Azərbaycan prezidentləri Məsud Pezeşkian və İlham Əliyev arasında telefon danışığı zamanı İrana hücum üçün Azərbaycanın hava məkanından istifadə məsələsi də qaldırılıb.
“Doktor Pezeşkian sionist rejimin pilotsuz təyyarələrinin Azərbaycan hava məkanından İrana daxil olması ilə bağlı xəbərlərin araşdırılmasının vacibliyini vurğulayıb”, – İRNA agentliyi bildirib.
Əliyev cavabında bildirib ki, “Azərbaycan hökuməti heç bir halda öz hava məkanının dost və qardaş İrana qarşı istifadəsinə icazə verməyəcək”.







