BaşlıcaSiyasət

Aİ-nin Ermənistandakı missiyası öz fəaliyyətini Kaya Kalasa təqdim edib

Aİ-nin Ermənistandakı missiyası (EUMA) Aİ-nin ali nümayəndəsi, diplomatiya rəhbəri Kaya Kalasın Aİ-nin Yeqnadzordakı mənzil-qərargahına səfəri barədə məlumat yayıb.

“Ali Nümayəndə Kaya Kalası missiyanın fəaliyyəti və yerlərdəki son hadisələr haqqında məlumatlandırmaq üçün EUMA-nın mənzil-qərargahında salamlamaq böyük şərəfdir. EUMA Aİ-nin Ermənistan və Azərbaycan arasında münasibətləri normallaşdırmaq səylərini dəstəkləmək üçün yerləşdirilib. Səfəriniz üçün Kaya Kalas, təşəkkür edirəm”, – missiyanın X sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.

Xatırladaq ki, Aİ-nin ali nümayəndəsi Ermənistanda iki günlük səfərdədir. O, artıq Ermənistan Respublikasının prezidenti Vahaqn Xaçaturyanla görüşüb. Kalasın Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşü və xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Daha çox göstər
Back to top button