
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İrəvanda Ermənistan Prezidenti Vahaqn Xaçaturyanla görüşü barədə X sosial şəbəkəsində məlumat verib.
“Mən Ermənistanda olmaqdan və Ermənistan prezidenti Xaçaturyanla görüşməkdən şadam.
Biz AB-Ermənistan münasibətlərinin dərinləşdirilməsini, AB-nin islahatlara dəstəyini, sabitliyin və rifahın gücləndirilməsini müzakirə etdik.
Bu, regionda sülh və sabitliyin təmin edilməsi üçün əsasdır” – AB-nin ali nümayəndəsi yazıb.
Xatırladaq ki, AB-nin ali nümayəndəsi iyunun 29-30-da Ermənistanda olacaq.
Kaya Kallas: Biz Ermənistan prezidenti ilə AB ilə əlaqələrin dərinləşdirilməsini müzakirə etdik
Səfər zamanı o, Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşəcək və AB-nin Ermənistandakı missiyasının Yeğeqnadzordakı qərargahına baş çəkəcək.







