
ER Parlamentinin “Mülki Müqavilə” fraksiyasının üzvü Sarqis Xandanyan öz Facebook səhifəsində yazıb ki, o və Vaşinqtondakı həmkarları bir sıra aparıcı analitik mərkəz və təşkilatların nümayəndələri ilə işgüzar görüşlər keçiriblər.
“ABŞ Konqresinin Tədqiqat Mərkəzinin direktor müavini, Rusiya və Avropa məsələləri üzrə analitik Kori Uelt, Avropa məsələləri üzrə analitik Sara Qardinq, həmçinin Atlantik Şuranın Avrasiya Mərkəzinin baş direktoru Con Herbst və mərkəzin analitikləri ilə biz Ermənistan-ABŞ əməkdaşlığının inkişafı, regional təhlükəsizlik məsələləri və Azərbaycanla sülh prosesinin perspektivlərini müzakirə etdik.
Beynəlxalq Respublikaçılar İnstitutunun (BİRİ) Avrasiya üzrə baş direktoru Stiven Nikslə görüş zamanı biz demokratik təsisatların gücləndirilməsi üçün parlament və İnstitutun birgə proqramlarının davamlılığının vacibliyini vurğuladıq.
Amerika Erməni Assambleyasının icraçı direktoru Brayan Arduni ilə görüşdə Ermənistan-ABŞ münasibətlərinin dərinləşməsinə erməni icmasının töhfəsi vurğulanıb.
AIPAC-ın Siyasət və Hökumətlə Əlaqələr üzrə Direktoru Stiven Bekerman və Siyasət və Strategiya Direktoru Marvin Foyer ilə, həmçinin Amerika Yəhudi Komitəsinin (AJC) Siyasət Direktoru Ceyson Ayzakson və komitə üzvləri Cənubi Qafqazda və Yaxın Şərqdə baş verən prosesləri, həmçinin Ermənistan-ABŞ və Ermənistan-İsrail münasibətlərinin gündəmini müzakirə etdik.
Demokratiya üçün Milli Fondunun (NED) Avrasiya Regionunun direktoru Miriam Lansko və ekspertlərlə görüşdə biz fondun Ermənistanda həyata keçirdiyi proqramları və demokratik təsisatların inkişafı ilə bağlı məsələləri müzakirə etdik.
Açıq Cəmiyyət Fondunun (OSF) siyasət üzrə analitiki Coşua Rassellə görüşdə biz Ermənistanda davam edən demokratik islahatlara və ABŞ-ın bu prosesə dəstəyinə toxunduq”, – Sargis Xandanyanın postunda deyilir.







