
İran İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nazirlər son toplantısı çərçivəsində qəbul edilmiş “İstanbul Bəyannaməsində” Ermənistan əleyhinə yer alan konkret anlayış və ifadələrin işlədilməsini dəstəkləmir.
Bu ifadələrin işlədilməsi, hansı ki, ərazilərin dəyişdirilməsi istəyini ifadə edə bilər, tamamilə yersizdir. Bu barədə İran Xarici İşlər nazirliyinin sözçüsü İsmayıl Baqai İƏT-in nazirlər toplantısında qəbul edilmiş “İstanbul Bəyannaməsində” Ermənistan əleyhinə ifadələrlə bağlı jurnalistə açıqlamasında bildirib.
O, vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələri kollektiv sənədlərdə hər hansı məsələ qaldıra bilər, lakin bu, hər bir üzv ölkənin mövqeyini əks etdirmir.
“Biz həmişə Ermənistan və Azərbaycan arasında sülhü dəstəkləmişik və dəstəkləyirik. Cənubi Qafqazda sülh və təhlükəsizlik bizim üçün vacibdir, hər iki ölkə ilə yaxşı münasibətlərimiz var.
Eyni zamanda, biz bu konkret məsələdə (red: “Qərbi Azərbaycan icması” ifadəsi nəzərdə tutulur) anlayış və ifadələrin işlədilməsini dəstəkləmirik və hesab edirik ki, ərazilərin dəyişdirilməsi istəyini ifadə edə biləcək bu cür ifadələrin işlədilməsi tamamilə yersizdir” – deyə İsmayıl Baqai qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl İranda Ermənistanın səfiri Mehdi Sobhaninin də bu mövzuya münasibət bildirərək jurnalistə açıqlamasında Tehran tərəfindən Ermənistanın ərazi bütövlüyünü və milli suverenliyini pozan istənilən ərazi iddiasının qətiyyətlə rədd edildiyini bildirmişdi.
O, qeyd etmişdi ki, uydurma və saxta ifadələrin işlədilməsi regionda dinc birgəyaşayışa, qonşuluq məntiqinə və digər ölkələrin ərazi bütövlüyünə ziddir və belə ifadələrdən çəkinmək lazımdır.
Bu sənədlə bağlı iyunun 23-də Ermənistan Xarici işlər nazirliyi də bəyanat yayaraq, orada yer alan uydurma ifadələrə görə narazılığını bildirmişdi.







