
Məşhur bloqer və jurnalist Aleksandr Lapşin son videosunda Yekaterinburqda iki azərbaycanlının saxlanılması və ölümü məsələsinə toxunub, onların erməni hərbçi Gurgen Marqaryanı baltalayan Ramil Səfərovun əmioğluları olduğunu qeyd edib.
O, həmçinin bildirib ki, bu Səfərov qardaşları Azərbaycan xüsusi xidmət orqanlarının göstərişi ilə onun əleyhinə sui-qəsd təşkilində iştirak ediblər.
Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda saxlanılma zamanı cinayətkar qrupun üzvləri olan Ziyaddin və Hüseyn Səfərov qardaşları ölüblər.







