BaşlıcaSiyasət

Mirzoyan və Araqçı ikitərəfli münasibətləri və regional son inkişafları müzakirə ediblər

Azərbaycan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan ilə İranın Xarici işlər naziri Abbas Araqçı arasında telefon danışığı baş tutub.

Bu zaman iranlı nazir həmkarına İsrailin İslam Respublikası əleyhinə hücumu zamanı Yerevanın mövqeyi və göstərdiyi dəstək üçün təşəkkürünü bildirib.

Alınan məlumata görə, bu barədə İranın Tasnim xəbər agentliyi məlumat verib və Xarici işlər nazirlərinin söhbətinin təfərrüatlarını təqdim edib.

Məlumatda bildirilir ki, telefon danışığı zamanı İranın Xarici işlər naziri Azərbaycan hökumətinə mövqelərinə görə təşəkkürünü çatdırıb.

 İran əleyhinə başlanan 12 günlük müharibə dövründə İran vətəndaşlarının konsulluq məsələlərinin asanlaşdırılması üçün Ermənistanın səylərini və köməyini yüksək qiymətləndirib.

İran xəbər agentliyinin yaydığı məlumata görə, nazirliklər arasında baş tutan telefon söhbətində nazirlər ikitərəfli münasibətləri və regional son inkişafları müzakirə edib, fikir mübadiləsi aparıblar.

Abbas Araqçı İsrail və ABŞ tərəfindən İrana qarşı həyata keçirilən hücum əməliyyatlarını sərt şəkildə pisləyib. O vurğulayıb ki, İran İslam Respublikası beynəlxalq təşkilatlar qarşısında özünə qarşı aqressiyanın əvəzinin ödənilməsi hüququnu ciddi şəkildə tələb edir.

Bildirilib ki, Ararat Mirzoyan isə regionda sabitlik və gərginliyin azalmasına səbəb olacaq hərbi əməliyyatların dayandırılmasını alqışlayıb və növbəti dəfə İrana qarşı aqressiv əməliyyatları qınayıb.

Daha çox göstər
Back to top button