BaşlıcaSiyasət

Sarkis Xandanıyan ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komissiyasının sədri seçilib

ATƏT Parlament Assambleyasının yay sessiyası çərçivəsində Ermənistan Milli Məclisinin Xarici Əlaqələr Daimi Komissiyasının sədri, ATƏT PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Sarkis Xandanıyan ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komissiyasının sədri seçilib.

Bu barədə Ermənistan Parlamentdən məlumat verilib.

Komissiya sədri vəzifəsini öz üzərinə götürən Sarkis Xandanıyan qeyd edib:

“Bu mürəkkəb dövrdə komissiyamızın missiyası hər zamankından daha təcili və vacibdir. ATƏT regionu davam edən münaqişələr, insan hüquqlarının pozulması, demokratiyanın geriləməsi kimi çətin və çoxşaxəli çağırışlarla üz-üzədir.

 Belə bir şəraitdə ATƏT PA çoxtərəfli yanaşmaya və səmərəli parlament diplomatiyasına əsaslanan dialoq və fəaliyyət platforması olaraq fəaliyyətini davam etdirməlidir”.

Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komissiyası ATƏT PA-nın üç əsas komissiyasından biridir.

Daha çox göstər
Back to top button