BaşlıcaSiyasət

Mher Qriqoryan: “ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk”

Baş nazir müavini  Mher Qriqoryan 2 iyulda ABŞ-ın Müstəqillik Günü münasibətilə təşkil edilən tədbirdə iştirak etmiş və təbrik mesajı ilə çıxış etmişdir. Tədbirdə Nazirlər Kabinetinin rəhbəri Arayik Harutyunyan da iştirak etmişdir.

Mher Qriqoryan öz adından və hökumət adından bayramı təbrik edərək Amerika Birləşmiş Ştatlarının xalqına və hökumətinə sülh, rifah və davamlı inkişaf arzulamışdır.

Baş nazir müavini vurğulamışdır ki, 2025-ci ilin əvvəli Ermənistan və ABŞ arasında ikitərəfli münasibətlərin strategik tərəfdaşlıq səviyyəsinə qaldırılması ilə əlamətdar olmuşdur.

Vaşinqtonda imzalanmış “Strategik Tərəfdaşlıq Xartiyası” iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində təsdiqlənmiş öhdəliyi təmsil edir.

“Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində səylərdə Amerika Birləşmiş Ştatlarının davamlı dəstəyini yüksək qiymətləndiririk. Ermənistan Respublikasının hökuməti dəfələrlə öz sədaqətini – suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh gündəliyinə təsdiq etmişdir” – deyə Baş nazir müaqvini qeyd etmiş, həmçinin vurğulamışdır ki, sülh mühiti xarici investisiyalar üçün də geniş imkanlar açacaq, biznes üçün sabit, proqnozlaşdırıla bilən və sərfəli mühit yaradacaq.

Daha çox göstər
Back to top button