
Ermənistanda süni intellekt üçün böyük məlumat mərkəzinin yaradılması üzrə sonrakı addımlar müzakirə edildi
Baş nazir Nikol Paşinyan “Firebird” şirkətinin həmtəsisçisi və icraçı direktoru Rəzmik Hovakimyanı, “NVIDIA” şirkətinin vitse-prezidenti Rev Lebaredyanı və “Team Telecom Armenia” şirkətinin həmtəsisçisi və direktorlar şurasının sədri Aleksandr Yesayanı qəbul edib. Bu haqda Baş nazirin iş heyəti bildirir.
Görüşdə iştirak edənlər Ermənistanda süni intellekt üçün böyük məlumat mərkəzinin yaradılması layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Layihəyə qoyuluşun 500 milyon dollara yaxın olacağı qiymətləndirilir.
Baş nazir layihənin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb və Ermənistan Hökumətinin dəstəyinə zəmanət verib.
Nikol Paşinyan qeyd edib ki, bu layihə ölkədə texnologiya sahəsinin inkişafı və tərəqqisinin təmin edilməsinə yeni təkan verəcək və əhəmiyyətli təsir göstərəcək.
Razmik Hovakimyan layihəyə dəstək verdiyinə görə Ermənistan hökumətinə təşəkkür edib və qarşıda duran proqramlar və addımlar barədə ətraflı məlumat verib.
Gözlənilir ki, layihə çərçivəsində minlərlə “NVIDIA Blackwell” GPU quraşdırılacaq və 100 meqavattdan çox gücə malik infrastruktur yaradılacaq.







