BaşlıcaSiyasət

 ER Xİ nazirliyi RF-nın səfirinə Ermənistanın daxili işlərinə ən kobud müdaxilə ilə bağlı nota təqdim edib

Ermənistanın Xarici işlər nazirliyi Rusiya Federasiyasının səfirinə Rusiya dövlət mediasında və rəsmi şəxsləri tərəfindən Ermənistan hakimiyyəti barədə səsləndirilən bəyanatlarla bağlı nota təqdim edib.

Bu barədə alınan məlumata görə, XİN-in mətbuat katibi Ani Badalyan Radar Armenia-nın yazılı sorğusuna cavab olaraq bildirib.

Qeyd olunur ki, Rusiya dövlət televiziya kanallarında Ermənistan hökumətinə qarşı açıq şəkildə qeyri-dost, bəzən isə düşmənçilik xarakterli təbliğat Ermənistan tərəfinin ciddi narazılığına səbəb olub.

“Bu mövzunun Ermənistan vətəndaşlarının diqqət mərkəzində olduğunu və ictimai müzakirələrin predmetinə çevrildiyini nəzərə alaraq, notanın məzmununu vətəndaşlardan gizlətmirik.

 Notada Rusiya Federasiyasının kütləvi informasiya vasitələrində Ermənistan Respublikasının hökumətinə qarşı aparılan açıq şəkildə qeyri-dost, tez-tez düşmənçilik xarakterli təbliğatla bağlı ciddi etiraz ifadə olunub.

Bu təbliğat bəzi rəsmi şəxslərin, Rusiya Dövlət Dumasının deputatlarının, media və ekspert icmasının nümayəndələrinin bəyanatları ilə aktiv şəkildə dəstəklənir.

Notada vurğulanıb ki, Rusiya dövlət televiziya kanallarında birbaşa efirdə səsləndirilən təhqiramiz ifadələr və Ermənistan hakimiyyətinin fəaliyyətinin hədəfə alınması tamamilə qəbuledilməzdir və son vaxtlar Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında baş tutan yüksək səviyyəli səfərlərin müsbət nəticələrinin neytrallaşdırılmasına gətirib çıxarır.

Notada qeyd olunub ki, Ermənistan hüquq-mühafizə orqanları tərəfindən dövlət çevrilişi cəhdinin qarşısının alınması ilə bağlı qanuni tədbirlərə dair Rusiya Dövlət Dumasının bəzi deputatlarının şərhləri və bəyanatları təkcə təəccüb deyil, həm də hiddət doğurur.

Həmin bəyanatlara görə, dövlət çevrilişi planlaşdıran şəxslərin həbs olunması “Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti qeyri-dost addımı” kimi qiymətləndirilir.

Buna görə də, belə bəyanatlar təkcə absurddur, çünki dövlət çevrilişinin qarşısının alınmasının necə və niyə qeyri-dost addım hesab edildiyi başa düşülmür, həm də Ermənistanın daxili işlərinə ən kobud müdaxilədir.

Bundan əlavə, belə bir informasiya siyasətinin məqsədyönlü şəkildə Ermənistan Respublikasında demokratiyanın, qanunçuluğun və konstitusiya quruluşunun pozulması məqsədilə həyata keçirildiyi təəssüratı yaranır” – deyə cavabda bildirilir.

Nazirlik Rusiya tərəfdaşlarını Ermənistan Respublikasına qarşı yuxarıda qeyd olunan qeyri-dost davranışların dərhal və effektiv şəkildə dayandırılması üçün təcili və təsirli tədbirlər görməyə çağırıb.

Daha çox göstər
Back to top button