BaşlıcaSiyasət

Ararat Mirzoyan və İordaniyanın xarici işlər naziri regional təhlükəsizlik vəziyyəti müzakirə ediblər 

ER xarici işlər naziri Ararat Mirzoyan İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və diaspor naziri Ayman Əl-Səfədi ilə telefon danışığı aparıb.  

Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələlərini müzakirə edib, gündəlikdəki təşəbbüslərə və planlaşdırılan yüksək səviyyəli təmaslara toxunublar. Qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən işgüzar əlaqələr, insanlar arasında təmaslar, turizmin təşviqi yolu ilə əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub.

Ararat Mirzoyan və Ayman Əl-Səfadi regional təhlükəsizlik vəziyyəti və yaranmış humanitar problemlər ətrafında fikir mübadiləsi aparıblar. Sülhün bərqərar olması istiqamətində atılan addımlara, bu yolda çətinliklərə və onların aradan qaldırılması üçün göstərilən səylərə toxunublar

Daha çox göstər
Back to top button