
10 iyulda Abu Dabidə Ermənistan və Azərbaycan rəhbərlərinin keçirdiyi görüş, mart ayında əldə edilmiş sülh sazişinin mətni üzrə razılığa gəlmək istiqamətində atılmış bir addım kimi qiymətləndirilə bilər.
Bunu BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.
O, qeyd edib ki, “BMT Baş Katibi António Quterres hadisələri diqqətlə izləyir və uzun müddətdir gərgin münasibətlər yaşayan iki ölkə arasında dialoqun davam etdirilməsini alqışlayır”.







