
Nikol Paşinyan və Ursula fon der Leyenlə Aİ və Ermənistan arasında inkişaf edən tərəfdaşlığı təsdiqləmək üçün mühüm görüş baş tutub. Bu barədə Avropa Şurasının sədri Antonio Kosta X sahifəsində yazıb.
“Aİ Ermənistanın iddialı islahat gündəmini qətiyyətlə dəstəkləyir. Biz Ermənistanın Cənubi Qafqazda sabitliyin təmin edilməsi üzrə səylərini, xüsusilə də Azərbaycanla sülh danışıqlarında iştirakını və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində atdığı addımları yüksək qiymətləndiririk.
Avropa İttifaqı ilə Ermənistan arasında bu yaxınlarda razılaşdırılmış Tərəfdaşlıq Çərçivəsi əlaqələrimizdə yeni səhifə açır, daha sıx regional və iqtisadi əlaqələrə töhfə verir. Biz 2026-cı il Avropa Siyasi Birliyinin Zirvə toplantısına Ermənistanın ev sahibliyi etməsini səbirsizliklə gözləyirik”, – Koşta yazıb.







