
Türkiyə diqqətlə Əbu Dabidə Azərbaycan və Ermənistan arasında başlanan sülh danışıqlarını izləyir və Cənubi Qafqazda sabitliyin təmin edilməsi səylərini dəstəkləməyə davam edəcək
Bu haqda Türkiyə prezidenti Rəcəb Ərdoğan Ərəb Birləşmiş Əmirlikləri başçısı Şeyx Məhəmməd bin Zayed Əl-Nahyanla telefon danışığı zamanı qeyd edib.
İki ölkənin prezidentləri ikitərəfli münasibətlər və regional məsələlər müzakirə ediblər.
Ərdoğan vurğulayıb ki, Türkiyə və Ərəb Birləşmiş Əmirlikləri arasındakı strateji tərəfdaşlıq bütün sahələrdə müsbət nəticələr verir və müdafiə sənayesi ilə yeni texnologiyalar sahəsində ikitərəfli əməkdaşlığın böyük potensialını qeyd edib.
Xatırladaq ki,Əbu Dabidə 10 iyulda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşü olub.







